AZ

7 azərbaycanlı, 13 min türkiyəli turist Ermənistana getdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

2025-ci ilin yanvar-dekabr ayları arasında Ermənistana ümumilikdə 2 milyon 263 min 642 turist səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Turizm Təşkilatı məlumat yayıb. 

Məlumata görə, 2025-ci ildə 7 Azərbaycan vətəndaşı turist kimi Ermənistana səfər edib. Onlar orta hesabla 18 gün bu ölkədə qalıblar. Həmçinin Türkiyədən bu ölkəyə gedənlərin sayı 2024-cü illə müqayisədə artıb. 2025-ci ildə 13 mindən çox Türkiyə vətəndaşı Ermənistanı ziyarət edib.

Ermənistana ən çox turist isə Rusiyadan səfər edir, baxmayaraq ki, onların sayı əvvəlki illə müqayisədə 1,7% azalaraq 921 704 nəfərə çatıb.

Növbəti yerdə 288.578 turistlə Gürcüstan, 182.364 turistlə İran gəlir.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr