ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"OpenAI" şirkəti məşhur süni intellekt platforması olan "ChatGPT"də reklam yerləşdirmə sınaqlarına start verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkət tərəfindən rəsmi açıqlama verilib.
Test mərhələsi hal-hazırda Amerika Birləşmiş Ştatlarını əhatə edir. Reklam materialları yalnız "Pulsuz" və "Plus" abunəçiləri üçün nəzərdə tutulub. "Pro", "Business" və "Enterprise" tarif planlarından istifadə edənlər isə reklamlarla qarşılaşmayacaqlar.
Şirkətin bəyanatında qeyd olunur:
"Biz reklamların "ChatGPT"nin qabaqcıl funksiyalarına çıxış imkanlarını genişləndirməsinə dəstək olmaq üçün çalışırıq. Bu zaman vacib və fərdi məsələlərdə sistemə güvənən istifadəçilərin etibarını qorumaq prioritetdir. İstifadəçiləri daha yaxşı başa düşmək, rəylərini dinləmək və düzgün qərarlar vermək məqsədilə prosesə sınaq mərhələsi ilə başlayırıq".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.