AZ

ABŞ qərar verdi: Yaxın Şərqə ordu göndərilir

ABŞ “F-35” döyüş təyyarələrinin yeni qrupunu Yaxın Şərqə göndərib.

KONKRET.az xəbər verir ki, ABŞ Hava Qüvvələri Yaxın Şərqə əlavə altı ədəd F-35A Lightning II tipli beşinci nəsil “stealth” döyüş təyyarəsini göndərib,

Bu barədə Air and Space Forces Magazine məlumat yayıb.

Bazar günü təyyarələr transatlantik uçuşdan sonra üç KC-135 Stratotanker tankeri tərəfindən yanacaq təmin edilərək Böyük Britaniyadakı Leykenhit bazasında qısa dayanışdan sonra Yaxın Şərqə yönəldilib.

Daha əvvəl ABŞ bölgəyə eyni sayda döyüş təyyarəsi göndərmişdi. Ərəb dənizində yerləşən ABŞ bazasında isə 12 ədəd F-35C döyüş təyyarəsi fəaliyyət göstərir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
19
1
konkret.az

2Mənbələr