AZ

Paytaxtda "Gelandewagen"in təkərlərini oğurlayan iki nəfər ələ keçdi

Bakı şəhərinin Nəsimi rayonu ərazisində qarət hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, vətəndaşa məxsus "Gelandewagen" avtomobilinin ümumi dəyəri 10 000 manat təşkil edən dörd ədəd təkəri oğurlanıb.

Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bu cinayəti qabaqcadan əlbir olaraq törətməkdə şübhəli bilinən 42 yaşlı M.Ramazanov, eləcə də 33 yaşlı Ə.Rəhimli müəyyən edilərək saxlanılıblar.

Aparılan araşdırmalar zamanı aydın olub ki, həmin şəxslər gecə vaxtı zərərçəkmiş şəxsin qarajına daxil olaraq nəqliyyat vasitəsinin təkərlərini söküb aparıblar.

Hazırda sözügedən faktla əlaqədar istintaq tədbirləri davam edir. (Oxu.az)

Bizim.Media

Seçilən
19
5
bizim.media

6Mənbələr