525.az saytına istinadən ain.az xəbər verir.
ABŞ-də tək mühərrikli təyyarə avtomobil yoluna qəza enişi edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün Florida ştatında baş verib.
Havada ikən mühərriki xarab olan təyyarənin pilotu qəzadan qaçmaq üçün yeganə mümkün variantdan istifadə edib. O, təyyarəni Geynsvill şəhərindəki yolların birinə endirə bilib. Bu zaman yoldakı 5 avtomobil ciddi zədələnib.
Qeyd edək ki, qəza möcüzə nəticəsində insan itkisi olmadan ötüşüb.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.