ABŞ-ni qlobal səhnədə üçüncü tərəflərin, xüsusən də İsrailin təsirinə tabe olmadan hərəkət etməyə çağırırıq.
KONKRET.az xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmail Bəqai bildirib.
O deyib: “İran ABŞ ilə danışıqlar aparır. Ağ Ev, xüsusən də regional və hətta Amerika maraqlarını nəzərə almayan İsrailin xarici təzyiqi olmadan hərəkət etməlidir”.
İ. Bəqai İsrailin İran-ABŞ danışıqlarına Tehranın mane olduğuna inandığını vurğulayıb. Vaşinqtonun İsrail tələblərinə əməl etməsini ABŞ xarici siyasətində əsas məsələ adlandırıb.
(yeni sabah)