AZ

ABŞ Rusiyanın daha bir tankerini Hind okeanında ələ keçirdi…



ABŞ ordusu Hind okeanında sanksiyaları pozduğu iddiası ilə bir neft tankerini ələ keçirib.

Pentaqon açıqlamasına görə, Aquila II adlı tanker Qərb və Ukrayna mənbələri tərəfindən Rusiyanın beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanması"nın bir hissəsi hesab olunur.

ABŞ hərbi rəsmiləri gəminin Karib dənizindən Hind okeanına qədər izlənildiyini bildiriblər. Bu 2025-ci ilin dekabr ayından bəri sanksiya pozuntularına görə ələ keçirilən yeddinci tankerdr.

Müdafiə Nazirliyinin açıqlamasına görə, ABŞ ordusu tankeri ələ keçirməzdən əvvəl Karib dənizindən Hind okeanına qədər minlərlə kilometr məsafədə izləyib. "Qaçdı və biz onu təqib etdik" deylən aıqlamada daha sonra bldrlr: "Silahlı Qüvvələrimiz havada və ya dənizdə sizi tapacaq və ədaləti bərpa edəcək".

TAHİR

Seçilən
11
baki-xeber.com

1Mənbələr