Paytaxtın Yasamal rayonunda talama cinayəti qeydə alınıb.
"Yeni Sabah" xəbər verir ki, zərərçəkənin bank kartından 5 min dolları oğurlanıb.
Əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q.Abbasova və 20 yaşlı Ş.Əmiraslanova saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar zərərçəkənin bank kartını oğurladıqdan sonra hesabındakı maddi vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Telegram kanalımız