Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sumqayıt şəhərində yol hərəkəti qaydalarının pozulması ilə bağlı daha bir mübahisəli vəziyyət qeydə alınıb. Hadisə “Dörd qardaş” restoranının qarşısındakı yol kəsişməsində baş verib.
Avtosfer.az xəbər verir ki, görüntülərdə svetoforda sağa dönmə üçün yaşıl işıq yandığı, arxadan gələn nəqliyyat vasitəsinin də sağa hərəkət etmək istədiyi görünür. Lakin kəsişmədə sağa dönmə üçün ayrıca işıq siqnalı və yolda müvafiq nişanlanma olmasına baxmayaraq bəzi sürücülər bu tələblərə əməl etməyib. Çünki yerdəki nişanlanma xətti sağ zolaqdan düzünə və sağa dönməyi əmr edir.
Görüntünü paylaşan sürücü bildirir ki, sağa dönmək üçün xüsusi siqnal və yol nişanları mövcud olsa da özü düz istiqamətdə hərəkət etmək istəyərkən svetoforun qırmızı işığına görə dayanmalı olub. Bu zaman digər sürücülərin siqnal verərək onu sağa dönməyə məcbur etməyə çalışması narazılığa səbəb olub. Ona görə də, sürücü qayda pozub-pozmadığını soruşur.
Avtosfer.az bildirir ki, bu halda hər hansı qayda pozuntusu yoxdur. Hərəkətin təşkilində anlaşılmazlıq yaranıb ki, bu da sürücüləri üz-üzə qoyur. Ancaq ən yaxşı yol anlayış göstərməkdir. Üstəlik, bu sitiasiyada yuxarıdan 5.8.1 nişanı qoyularsa bütün sürücülər üçün aydın şərait yaranar.
Eltac
Oxunub 240
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.