AZ

Razi Nurullayev uşaq hüquqlarından danışdı: Qanunvericilik sistemi hərəkətə gəlməlidir

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bu gün müzakirə etdiyimiz “Uşaq hüquqları haqqında” qanun layihəsi dövlətin uşağa münasibətini hüquqi norma səviyyəsinə qaldırır və uşağı sosial obyekt yox, hüquq subyekti kimi tanıyır”.

Gununsesi.info  xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib:

“Bu qanuna təkcə ayrıca sənəd kimi yox, bütün qanunvericilik sistemini hərəkətə gətirən çərçivə qanun kimi baxılmalıdır. Qanunda təsbit olunan prinsiplər — uşağın təhlükəsizliyi, zorakılıqdan qorunması, sağlam mühitdə inkişafı, zərərli təsirlərdən müdafiəsi yalnız bu sənədlə məhdudlaşa bilməz və digər sahə qanunlarında da əksini tapmalıdır”.

Razi Nurullayev vurğulayıb ki, uşaq hüquqları yalnız sosial siyasətin mövzusu deyil, birbaşa təhlükəsizlik məsələsidir:

“Buna görə də dəyişikliklər tək bir qanunla məhdudlaşmamalı, informasiya, media və reklam sahəsini tənzimləyən normaları, İnzibati Xətalar və Cinayət Məcəlləsini, təhsil və sosial müdafiə ilə bağlı qanunvericiliyi, eləcə də rəqəmsal mühiti əhatə edən normativ aktları paralel şəkildə əhatə etməlidir”.

Deputatın fikrincə, yalnız bu halda uşağı həm hüquqi, həm sosial, həm də informasiya mühitində real şəkildə qorumaq mümkündür.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
icma.az

1Mənbələr