Müğənni Günay İbrahimlinin 35 yaşı tamam olur.
Far.Az xəbər verir ki, sənətçi yeni yaşında izləyiciləri ilə arxiv görüntülərini bölüşüb.
O sosial şəbəkədə 1 yaşından bu günə qədər lentə alınan keçmiş görüntülərini yayımlayıb.
35 yaşına qədəm qoyan ifaçı paylaşımında "Mən balaca olanda elə bilirdim ki, böyük adamlar doğrudan da böyük olurlar. Qorxmurlar, üşümürlər, qayğısız olurlar. O yaşlara uzaqdan baxırdım. 35 yaşlı insan mənim təsəvvürümdə artıq böyük adam idi-böyüyəndə olmaq istədiyim adam... Deyirlər ki, həyatda ən böyük xəyanət uşaqlıq arzularına edilən xəyanətdir. Bu videoya baxanda anladım ki, mən uşaqlıq arzularıma xəyanət etməmişəm. Və başa düşdüm ki, böyümüşəm. Xoş gəldin, 35! Sən gəldiyin üçün yox, mən səni uşaqlığımdakı o saflıqla qarşılaya bildiyim üçün xoşbəxtəm" deyə qeyd edib.