AZ

““Şəhərsalma və Memarlıq İli” sosial rifahın güclənməsinə xidmət edir“ - DEPUTAT DANIŞDI

“2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətimizin regional və şəhər inkişafına dair uzunmüddətli, sistemli siyasətinin növbəti mühüm mərhələsidir”.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu qərar ilk növbədə şəhərlərin plansız inkişafının qarşısının alınmasına, müasir urbanizasiya standartlarının tətbiqinə, mühəndis-kommunikasiya infrastrukturunun yenilənməsinə və yaşayış mühitinin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına xidmət edir:

“Dövlət siyasətinin əsas məqsədi həm yeni binaların inşası, həm də insan mərkəzli, təhlükəsiz, əlçatan və ekoloji baxımdan davamlı şəhər mühitinin formalaşdırılmasıdır. Bu istiqamətdə nəqliyyat sistemlərinin optimallaşdırılması, ictimai məkanların genişləndirilməsi, yaşıl zonaların qorunması və enerji səmərəliliyinin artırılması əsas prioritetlər kimi müəyyən olunub.

2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) isə şəhərsalma sahəsində dövlət qurumları, bələdiyyələr, özəl sektor və ekspert ictimaiyyəti arasında əlaqələndirməni gücləndirməklə, konkret icra mexanizmlərinin formalaşmasına imkan verəcək. Gözlənilir ki, bu tədbir nəticəsində şəhərlərin dayanıqlı inkişafına yönəlmiş yeni layihələr, müasir infrastruktur həlləri və ekoloji balansın qorunmasına dair praktiki təşəbbüslər reallaşma mərhələsinə keçəcək.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlər və qəbul ediləcək qərarlar vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına, şəhərlərimizdə sosial rahatlığın və təhlükəsizliyin artırılmasına, ümumilikdə isə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının daha da gücləndirilməsinə real töhfə verəcək”.

Müəllif: Günay Hacıyeva
Seçilən
23
1
sia.az

2Mənbələr