AZ

Transmilli şirkətlərlə dialoq Azərbaycanı qlobal iqtisadi platformada etibarlı tərəfdaş kimi möhkəmləndirir – Azər Qarayev

Bakı. Trend:

Çağdaş dünyada qlobal iqtisadi və siyasi proseslərinformalaşmasında artıq yalnız dövlətlər həlledici rol oynamır. Sononilliklərdə beynəlxalq miqyasda fəaliyyət göstərən irikorporasiyalar elə bir nüfuz və təsir gücü qazanıblar ki, onlarınqərarları ayrı-ayrı ölkələrin iqtisadi strategiyalarına, sosialgündəminə, hətta geosiyasi balansına birbaşa təsir göstərir.

Bunu Trend-əpolitoloq Azər Qarayev Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərləəlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti KuşÇoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı diqqətəçatdırılan mesajların əhəmiyyətindən danışarkən bildirib.

Politoloq vurğulayıb ki, görüşdə iştirak edən şirkətrəhbərlərinin idarə etiyi korporasiyalar yalnız məhsul və xidmətistehsalçıları deyil, eyni zamanda qlobal trendlərimüəyyənləşdirən, yeni qaydalar yaradan və dövlətlər üçün alternativgüc mərkəzinə çevrilən aktorlardır:

"Bu iri transmilli şirkətlərin illik dövriyyəsi orta və kiçikdövlətlərin ümumi daxili məhsulunu üstələyir. Onların investisiyaqərarları bazarları canlandıra, məşğulluğu artıra və texnolojisıçrayışlara yol aça bildiyi kimi, eyni zamanda ölkələr arasındaiqtisadi asılılıq münasibətlərini də dərinləşdirir. Belə birreallıqda iri beynəlxalq biznes strukturlarının hər hansı ölkəyəyönələn marağı sıradan iqtisadi hadisə deyil, həmin dövlətin qlobalsistemdə tutduğu yerin, siyasi sabitliyinin və gələcəkperspektivlərinin göstəricisi kimi dəyərləndirilir".

Azər Qarayev bildirib ki, dünya miqyasında tanınan və qlobalbazarlara yön verən şirkətlərin Azərbaycana maraq göstərməsitəsadüfi deyil. Texnologiya, enerji, maliyyə, sənaye, nəqliyyat,logistika və xidmət sahələrində lider mövqedə olan “Apple”, “Meta”,“Visa”, “Mastercard”, bp, “Shell”, “ExxonMobil”, “Boeing”,“Honeywell”, “Ericsson”, “J.P. Morgan”, “Marriott” və digər nəhəngkorporasiyaların nümayəndələrinin Bakıya səfəri ölkəmizin artaniqtisadi nüfuzunun və etibarlı tərəfdaş imicinin göstəricisi kimiqiymətləndirilir. Bu şirkətlər üçün bazar seçimi təkcə iqtisadigəlirliliklə deyil, siyasi sabitlik, hüquqi mühit, uzunmüddətliproqnozlaşdırma və strateji yerləşmə ilə ölçülür ki, Azərbaycan bumeyarlar üzrə artıq qlobal biznes xəritəsində öz mövqeyinimöhkəmləndirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin həminşirkətlərin rəhbər şəxsləri ilə keçirdiyi görüş və aparılan genişməzmunlu müzakirələr də məhz bu reallığın təsdiqi kimi çıxışedir:

"Dövlət başçısının enerji təhlükəsizliyindən rəqəmsaltransformasiyaya, süni intellektdən nəqliyyat və logistikadəhlizlərinə qədər uzanan baxışı Azərbaycanın yaxın və ortaperspektivdə hansı iqtisadi trayektoriyanı seçdiyini aydın şəkildəortaya qoyur. Bu görüş təkcə mövcud əməkdaşlığın müzakirəsi deyil,eyni zamanda ölkənin gələcək illər üçün yeni iqtisadi üfüqlərədaşınması istiqamətində atılan strateji addım kimidəyərləndirilir.

Qlobal biznesin əsas oyunçuları ilə birbaşa dialoq, onların planvə maraqlarının dövlət səviyyəsində uzlaşdırılması Azərbaycanıniqtisadiyyatını qlobal müstəvilərdə inkişaf etdirməyə yönəlmişnövbəti uğurlu gediş kimi qiymətləndirilməlidir. Bu yanaşma həminvestisiya axınlarının genişlənməsi, həm də ölkənin regional vəqlobal iqtisadi proseslərdə rolunun daha da möhkəmlənməsibaxımından mühüm əhəmiyyət daşıyır".

Politoloqun fikrincə bu tip görüşlər, eləcə də perspektivdəoxşar təmasların intensivləşməsi Azərbaycanın beynəlxalq müstəvidəformalaşdırdığı ümumi etimad mühitinin tərkib hissəsi kimidəyərləndirilir:

"Qlobal iqtisadi platformalarda aparılan müzakirələr, beynəlxalqforumlarda səsləndirilən mövqelər və ardıcıl şəkildə nümayişetdirilən siyasi-iqtisadi xətt ölkənin qərarvermə proseslərindəproqnozlaşdırılan və məsuliyyətli tərəfdaş kimi qəbul olunmasınazəmin yaradır. Bu yanaşmanın formalaşmasında Prezident İlhamƏliyevin beynəlxalq dialoqlarda nümayiş etdirdiyi praqmatik mövqevə institusional davamlılıq mühüm rol oynayır.

Azərbaycanın qlobal iqtisadi dialoqlarda aktiv iştirakı vəregional proseslərə balanslı münasibəti ölkənin potensialimkanlarını daha geniş tərkibdə təqdim etməyə imkan verir.Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətçərçivəsində ölkə beynəlxalq iqtisadi müzakirələrdə təşəbbüskar vəkonstruktiv tərəf kimi çıxış edir. Belə bir fonda baş tutan yüksəksəviyyəli biznes təmasları təkcə cari əməkdaşlıq məsələləri iləməhdudlaşmır, eyni zamanda uzunmüddətli iqtisadi perspektivlərinqiymətləndirildiyi platforma funksiyasını daşıyır və Azərbaycanınqlobal iqtisadi münasibətlər sistemində tutduğu mövqeyinmöhkəmləndiyini göstərir".

Politoloq Azər Qarayev hesab edir ki, sözügedən şirkətrəhbərləri Azərbaycanı sabit, proqnozlaşdırılan və uzunmüddətliəməkdaşlıq üçün cəlbedici tərəfdaş kimi dəyərləndirirlər:

"Onlar ölkədə mövcud olan əlverişli investisiya mühitini,institusional yanaşmanı və inkişaf edən iqtisadi gündəliyi xüsusiqeyd edərək, enerji, texnologiya, maliyyə, nəqliyyat və xidmətsahələrində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə ediblər.Bu yanaşma Azərbaycanın qlobal biznes dairələrində etibarlıplatforma kimi qəbul olunduğunu göstərir.

Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlərAzərbaycanın iqtisadi inkişaf modelinin əsas konturlarını vəqarşıdakı mərhələyə dair baxışını aydın şəkildə ortaya qoydu.Dövlət başçısı enerji təhlükəsizliyində ölkənin etibarlı tərəfdaşrolunu, mövcud və planlaşdırılan enerji potensialını, həmçinin buimkanların rəqəmsal transformasiya, süni intellekt və məlumatmərkəzləri kimi yeni sahələrin inkişafına xidmət edə biləcəyinivurğuladı. Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyi,formalaşmış nəqliyyat və kommunikasiya infrastrukturu, eləcə dəuzunmüddətli və dəyişməz investisiya mühiti hesabına qloballayihələr üçün əlverişli platformaya çevrildiyini diqqətəçatdırdı".

Politoloq həmçinin bildirir ki, qlobal şirkətlərlə yüksəksəviyyəli təmas Azərbaycanın yalnız mövcud resurslara söykənəniqtisadiyyatla kifayətlənmədiyini, eyni zamanda gələcək qlobaltrendləri öncədən proqnozlaşdırdığını və yeni əməkdaşlıqformatlarına açıq inkişaf müstəvisində inamla addımladığınısərgiləyir.

Azər Qarayev həmçinin qeyd edib ki, fevralın 9-da AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın Əsas AmerikaYəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi BernsKornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyi görüş,Azərbaycanın regionda artan strateji rolunu bir daha ön planaçıxarır. ABŞ və İsrail kimi əsas beynəlxalq aktorlarla paralel vəbalanslı münasibətlərin müzakirə predmeti olması, ölkənin təkcəregional deyil, daha geniş təhlükəsizlik və əməkdaşlıqarxitekturasında mühüm tərəfdaş kimi qəbul edildiyini göstərir.

"Görüş zamanı səsləndirilən fikirlər, xüsusiləAzərbaycan-Ermənistan münasibətlərində sülhün irəlilədilməsi,ABŞ-ın bu prosesdəki rolu və yeni regional bağlantı layihələriningündəmə gətirilməsi, Azərbaycanın dialoq və əməkdaşlıq üzərindəqurulan xarici siyasət xəttinin davamlı və təsirli olduğunu nümayişetdirir.

Hər iki görüş zamanı səsləndirilən mesajlar ölkəyə gələcəkillərdə beynəlxalq siyasi və iqtisadi sferada geniş inkişafimkanları vəd edir. Mövcud nailiyyətlər görüşlər zamanı müzakirəedilən potensialın qlobal realizəsi üçün siyasi iradənin mövcudolduğunu ortaya qoyur", - deyə politoloq əlavə edib.

Məqalədə:
Seçilən
76
1
az.trend.az

2Mənbələr