ABŞ-də bir evin qarajında yaradılan “ölüm labaratoriyası” aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, orada yüzlərlə QİÇS, vərəm, COVID-19 kimi təhlükəli və ölümcül viruslar, həmçinin 1000 ədət genetikası dəyişdirilmiş siçan tapılıb.
ABŞ-nın təhlükəsizlik qüvvələrinin labaratoriyaya basqını nəticəsində yüzlərlə virus nümunələri ələ keçirilib.
Şəbəkənin başçısı israil vətəndaşı Ori Solomon saxlanılıb.
Las-Veqasda yerləşən qarajın yeri işçilərdən birinin şikayəti ilə məlum olub.
Ərazidə çox sayda saxta şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələr də tapılıb.
Gizli mərkəzin nə üçün qurulduğu hələlik məlum deyil. Araşdırmalar aparılır.
Aydan Hacı
Telegram kanalımız