AZ

Bank Respublika müştəriləri rəqəmsal risklərə qarşı diqqətli olmağa çağırır

Bakı.Trend:

Bank Respublika, hazırda 110-dan çox ölkədə qeyd edilənBeynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə müştərilərinirəqəmsal mühitdə artan fırıldaqçılıq (fraud) risklərinə qarşıdiqqətli olmağa çağırır.

Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildənAvropa Komissiyasının “Təhlükəsiz internet” proqramı çərçivəsindəfəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi tərəfindəntəşkil olunur və əsas məqsədi istifadəçilərin onlayn təhlükəsizlikbarədə maarifləndirilməsidir.

Rəqəmsal bank xidmətlərindən istifadənin genişlənməsi fonundafırıldaqçılıq üsulları da daha hədəfli, daha inandırıcı və dahasürətli xarakter alır. Bank Respublika müştərilərinin maliyyətəhlükəsizliyinin qorunmasını prioritet hesab edərək, son dövrlərdəən çox rast gəlinən risklər və onlardan qorunma yolları barədəmaarifləndirici məlumatları diqqətə çatdırır.

Hazırda vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq hallarıaşağıdakılardır:

Saxta e-mail və SMS-lər vasitəsilə kart və hesab məlumatlarınınələ keçirilməsi (phishing, smishing);

Bank əməkdaşı adı ilə edilən telefon zəngləri (vishing);

Saxta onlayn mağazalar və həddindən artıq ucuz alıştəklifləri;

Sosial şəbəkələrdə tanışların adından göndərilən “təcili pul”mesajları;

Saxta QR-kodlar və kampaniya elanları;

İş təklifi, investisiya və ya bonus adı altında kartməlumatlarının tələb olunması;

Mobil nömrənin ələ keçirilməsi (SIM-swap) və saxta mobiltətbiqlər.

Bank Respublika müştərilərə aşağıdakı təhlükəsizlik qaydalarınaciddi əməl etməyi tövsiyə edir:

Bank kartının PIN, CVV və OTP kodlarını heç bir haldapaylaşmamaq;

SMS və e-maillərdəki naməlum və şübhəli keçidlərə daxilolmamaq;

Tələsdirən və qorxuducu zəng və mesajlara emosional reaksiyaverməmək;

Pul köçürməzdən əvvəl məlumatı bankın rəsmi əlaqə kanallarıvasitəsilə yoxlamaq;

Mobil tətbiqləri yalnız rəsmi tətbiq mağazalarındanyükləmək;

“Zəmanətli qazanc” vədi verilən təkliflərə ehtiyatlayanaşmaq.

Bank Respublika heç bir halda müştərilərindən telefon, SMS,e-mail və ya sosial şəbəkələr vasitəsilə kartın məxfi məlumatlarınıtələb etmir. Şübhəli vəziyyətlə qarşılaşdıqda əməliyyatı dərhaldayandırmaq və bankın rəsmi əlaqə kanalları ilə əlaqə saxlamaqtövsiyə olunur.

Məqalədə:
Seçilən
85
8
az.trend.az

9Mənbələr