AZ

Mançetser Siti Notingem Forest ə 100 milyon avroluq təklif göndərəcək

ain.az, sport24.az saytına istinadən bildirir.

"Mançester Siti" yay "transfer pəncərəsi"ndə "Notingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson üçün böyük məbləğli transferə hazırlaşır. Spor24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.Mənbənin sözlərinə görə, "şəhərlilər" 23 yaşlı futbolçu üçün yayda 100 milyon avroluq təklif göndərməyi planlaşdırır. Klub onun yüksək işgüzarlığını, taktiki çevikliyini və yarımmüdafiə xəttinə dinamika qatmaq bacarığını xüsusi qiymətləndirir.Qeyd edək ki, Eliot Anderson bu mövsüm "Notingem Forest"in heyətində bütün turnirlərdə 31 oyuna 1 qol vurub və 2 məhsuldar ötürmə edib. İngilis futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
sport24.az

1Mənbələr