AZ

SON DƏQİQƏ! Quru sərhədlərə bağlı QƏRAR verilə bilər – Bu tarixdə…

Bakı və Tehran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, bu barədə İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə məlumat verib.

Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır.

Burada əsas sual isə, İranla sərnişin daşımalarının bərpası ilə bağlı müzakirələr və 2020-ci ildən bağlı qalan quru sərhədlərlə bağlı mövcud vəziyyəti nəzərə alaraq, yaxın zamanda Azərbaycanın quru sərhədlərini açması realdırmı, bu istiqamətdə konkret qərarların verilməsinə nə mane olur və belə bir addımın mümkün nəticələri nələr ola bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, İran–Azərbaycan arasında sərhədlərin açılması ilə bağlı qarşılıqlı müzakirələrin davam etməsi, əslində, həm əhalinin sərbəst gediş-gəlişi, həm də xidmət və malların daşınması baxımından müsbət addım ola bilərdi:

“Bu cür bir açılım regiondakı iqtisadi canlanmaya da əlavə impuls verə bilər.

Ancaq məsələ uzun müddətdir ki, real nəticəyə çevrilmir. Bunun əsas səbəbi təkcə ikitərəfli münasibətlər deyil. Hazırda dünyada və regionda gedən proseslər bu mövzunu birbaşa təsir altına alır. Qlobal qeyri-müəyyənlik, Yaxın Şərqdə artan gərginlik və xüsusilə İran–ABŞ münasibətlərindəki problemlər fonunda sərhədlərin açılması Tehranın baxışında əlavə risklər yaradır”.

Azər Hüseynovun sözlərinə görə, bölgədə mümkün müharibə ehtimalı ilə bağlı müzakirələr də ayrıca faktor kimi çıxış edir:

“İran üçün sərnişin axınının və quru yoluyla daşımaların artması təhlükəsizlik baxımından həssas məsələ hesab olunur. Bu səbəbdən, sərhədlərin tam açılması məsələsi daha geniş geosiyasi kontekstdə dəyərləndirilir və ehtiyatlı yanaşma üstünlük təşkil edir.

Əgər İran və ABŞ arasında aparılan danışıqlarda real və davamlı nəticələr əldə olunarsa, xüsusilə də hərbi qarşıdurma ehtimalı minimuma enərsə, bu zaman regional risklər də azalacaq. Belə bir şəraitdə İran–Azərbaycan sərhədlərinin açılması ehtimalı xeyli arta bilər. Yəni bu məsələ daha çox ikitərəfli iradədən yox, qlobal və regional siyasi balanslardan asılıdır”.

Tunar
NOCOMMENT.az

Seçilən
17
nocomment.az

1Mənbələr