AZ

Məktəb ətrafında siqaret,qəlyan satılsa da müvafiq qurumlar tədbir görmür - Deputat

Bəzi valideynlər uşaqların qidalanmasından kəsərək onları repititorlara göndərirlər, lakin uşaqların sağlam qidalanması və düzgün inkişafı daha vacibdir. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib. 

Deputat həmçinin vurğulayıb ki, məktəblərin ətrafında siqaret, qəlyan və spirtli içkilərin satışı baş verir və müvafiq dövlət qurumları hələlik bu sahədə heç bir tədbir görmür. Təhsil müəssisələrinin də məsələ ilə bağlı tədbir görmədiyi qeyd olunub.

"Məktəblərin ətrafında siqaret, qəlyan və spirtli içkilər satılır. Müvafiq qurumlar və təhsil müəssisəsi  heç bir tədbir görmür", - o bildirib. 

Gülnar Nazimqızı 

Seçilən
128
1
anews.az

2Mənbələr