Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.
Erməni diaspor təşkilatları, xüsusilə Amerika Erməni Milli Komitəsi (ANCA), ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakı səfəri ərəfəsində Araik Arutyunyan və digər şəxslərin “erməni əsirlər” kimi təqdim olunaraq azad edilməsini gündəliyə çıxarmağa çalışır.
Məsələ ilə bağlı xalqcebhesi.az-a danışan politoloq Şakir Ağayev deyib ki, ABŞ-dəki Ermənistan diaspor təşkilatları, lobbiləri, hətta bir sıra erməni lobbiçilərin maliyyələşdiyi Konqres, Senat üzvləri tək ABŞ-də yox, Avropada da bu məsələni gündəmə gətirirlər: "Azərbaycan məhkəmələrinin haqlı surətdə onların layiq olduğu cəzanın verildiyi, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı terrorizm, separatçılıq, hərbi cinayətlər törətmiş insanların azad edilməsi üçün Di Vensin regiona səfərindən istifadə edib bu məsələni qabardırlar. Bunu da xristian həmrəyliyi adı ilə gündəmə gətirirlər ki, onlar azad olunmalıdır. Hesab etmirəm ki, bu məsələni hətta Vens Bakıda qaldırsa da Azərbaycan o hərbi cinayətkarları azad etsin. Azərbaycan bütün beynəlxalq aləmdə məhkəmə prosesi keçirməklə onların cinayətlərini birbaşa sübut edib və onlar özləri də boyunlarına alıblar ki, bu cinayətləri törədiblər. Ona görə bu, daxili auditoriyaya hesablanıb, hesab edirəm ki, ABŞ-nin vitse-prezidenti belə məsələ qaldıra bilər. Çünki noyabr ayında ABŞ-də Konqresə erkən seçkilərdir. Respublikaçılara da ermənilərin diasporlarının səsləri lazımdır. Amma bunun həyata keçməsinə inanmıram”.
Röya İsrafilova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.