AZ

Mahir Emreli növbəti oyunu da buraxacaq

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli 2-ci Bundesliqada növbəti oyunu da buraxacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

Hafta.az xəbər verir ki, hücumçu XXII turda “Qröyter Fürt” komandası ilə keçiriləcək matçda iştirak etməyəcək. Zədəsini sağaldan futbolçu hazırda bərpa prosesi keçir və oynamağa tam hazır deyil.

Bundan başqa, İvan Prtajin, Ci Su Kim və Avdo Spahiç də zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"ə ötən mövsümün əvvəlində "Nürnberq"dən keçib. Azərbaycan millisinin hücumçusu ilə 3 illik müqavilə imzalanıb.

Seçilən
43
2
hafta.az

3Mənbələr