Bakı, 10 fevral, AZƏRTAC
İtaliyanın “Kalyari” komandası mövsümün əvvəlində Türkiyənin “Beşiktaş” klubundan icarəyə götürdüyü Semih Kılıçsoyu birdəfəlik transfer edəcək.
AZƏRTAC “Sky Sport”a istinadən xəbər verir ki, A Seriyası təmsilçisinin idman direktoru Quido Ançelotti futbolçu üçün tələb olunan 12 milyon avroluq təzminat məbləğinin qarşı tərəfə ödəniləcəyini bildirib.
Klub rəsmisinin sözlərinə görə, oyunçu hazırkı çıxışını davam etdirsə, gələcəkdə dəyərini 40 milyon avroyadək artıra bilər.
Tanınmış insayder Nikolo Skira isə qeyd edib ki, “Kalyari” Semih Kılıçsoy ilə 2030-cu ilə qədər müqavilə imzalamağa hazırlaşır.