AZ

ABŞ Polşaya müasir “Abrams” tanklarının ilk partiyasını göndərib

Bakı. Trend:

2026-cı ildə ABŞ istehsalı olan Abrams M1A2 SEPv3 tanklarınınilk partiyası Polşaya çatıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, barədə Polşa Müdafiə Nazirliyi yanındaSilahlanma Agentliyi məlumat verib.

Məlumata əsasən, ümumilikdə 29 tank təhvil alınıb. TexnikaPoznandakı WZMOT hərbi zavodunda əlavə sazlama və uyğunlaşdırmaişlərindən keçəcək, bundan sonra isə Polşa Silahlı Qüvvələrininsilahlanmasına veriləcək.

Hazırda Polşa ordusunun silahlanmasında əvvəlki versiyalardanolan 116 ədəd “Abrams” tankı mövcuddur, eyni zamanda yenimodifikasiyalı tankların tədarükü davam edir. Ümumilikdə PolşaSilahlı Qüvvələrinin silahlanmasına 250 ədəd “Abrams M1A2 SEPv3”tankının qəbul edilməsi planlaşdırılır.

“Abrams M1A2 SEPv3” modeli kompozit zirehin tətbiqi,təkmilləşdirilmiş atəş idarəetmə sistemləri, qəlpəli-fuqasmərmilərdən atəş açmaq imkanı və bir sıra digər yeniliklərləfərqlənir.

Seçilən
26
az.trend.az

1Mənbələr