AZ

“Qarabağ” Nərimanın satışından, görün, nə qədər pul əldə edəcək!

«Qarabağ» Nəriman Axundzadənin satışından böyük miqdarda pul qazanacaq.

Ona görə «Kolambus Kru»dan gələn təklifi qəbul edən Ağdam klubu 1,5 milyon avro irəli düşəcək.

ABŞ təmsilçisi təzminatı iki hissəyə bölərək, “köhlən atlar”ın hesabıma köşürəcək.

Hücumçu növbəti 1-2 gün ərzində Azərbaycanı tərk edəcək. «Xəzər Lənkəran»ın 22 yaşlı yetirməsi bu zaman aralığında ABŞ-yə yollanacaq.

«Qarabağ»dan aldığımız məlumata görə, onun «Kolambus Kru»ya keçid şərtləri razılaşdırılıb. Sadəcə, bəzi texniki və sənədləşmə prosesi qalıb, bu da qısa müddətdə aradan qalxacaq.

Hazırda viza açılmasını gözləyən forvard yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. Onun çıxışı MLS iştirakçısını razı salarsa, kontrakt daha 2 il müddətinə uzadılacaq.

Nərimanın 2016-cı ildən formasını geyindiyi Ağdam klubu ilə müqaviləsi gələn yay bitəcək, Odur ki, «köhlən atlar» bu keçiddən müəyyən qazanc əldə edəcək.

O, "Qarabağ"ın heyətində keçirdiyi 127 oyunda 35 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr