AZ

Tramp İsrailin Qərb Sahilini ilhaq etməsinə qarşıdır

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qərb Sahilindəki sabit vəziyyət İsrailin təhlükəsizliyini təmin edir”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qərb Sahilini ilhaq etməsinə qarşı olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” müxbiri Barak Ravid 9 fevralda “X” sosial media platformasında Ağ Ev sözçüsünə istinadən məlumat yayıb.

Ağ Ev sözçüsü qeyd edib ki, "Qərb Sahilindəki sabit vəziyyət İsrailin təhlükəsizliyini təmin edir və bu administrasiyanın regionda sülhə nail olmaq məqsədinə uyğundur".

Bu açıqlama İsrail kabinetinin İsrail nəzarətini Qərb Sahilinin bəzi hissələrinə, o cümlədən Oslo Sazişlərinə əsasən Fələstin Muxtariyyətinin nəzarəti altında olacaq “A” və “B” bölgələrinə genişləndirmək qərarından sonra verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
ayna.az

1Mənbələr