AZ

“Şeyx Lounge”ni yandıran daha bir nəfər tutuldu

Qaradağın Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranının yandırılmasına görə daha bir nəfər tutulub.

DİN-in Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər - C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə fevralın 8-i saat 23:00 radələrində baş verib. Daha əvvəl hadisə ilə bağlı 2 nəfər saxlanılmışdı.

Yanğının baş verməsinə ilkin səbəb olaraq 2 nəfərin öz aralarında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri obyektdə yanğın törədib. Ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb.

Hadisə nəticəsində 1 nəfər ayaq nahiyəsindən yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, bir dam altında tikilən, ümumi sahəsi 600 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, avtomoblil ehtiyat hissələrinin satışı mağazası və avtomobil təmiri sexləri) sahəsi 250 m² olan kafenin yanar konstruksiyaları yanıb.

Restorana 150 min manatdan aertıq ziyanın dəydiyi bildirilir.

Milli.Az

Seçilən
48
3
milli.az

4Mənbələr