AZ

Təqaüdçü qadın ərini tava ilə ÖLDÜRDÜ

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Klyuçi qəsəbəsində baş verib. Hadisə spirtli içki qəbul edilməsi zamanı baş verib. 63 yaşlı qadınla 56 yaşlı kişi tanışı arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın tavanı götürərək qarşı tərəfin baş nahiyəsinə bir neçə zərbə endirib. Hadisədən sonra zərərçəkənə ilkin tibbi yardım göstərilməyib və evə tibb işçiləri gəldikdə onu xilas etmək artıq mümkün olmayıb.

Təqaüdçü qadın saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib.

Seçilən
14
1
Ajans.az

2Mənbələr