AZ

Mourinyo Portuqaliya millisini çalışdıra bilər

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin yeni baş məşqçisi Joze Mourinyo ola bilər.

QOL.az ESPN-iə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası hazırda millini çalışdıran Roberto Martinesin müqaviləsi başa çatdıqdan sonra Joze Mourinyoya təklif göndərməyi planlaşdırır.

Roberto Martinesin Portuqaliya millisi ilə müqaviləsi 31 iyul 2026-cı ilə qədər qüvvədədir. Hazırda 63 yaşlı Joze Mourinyo isə Lissabonun “Benfika” klubunun baş məşqçisidir. Təcrübəli mütəxəssisin klubla müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.

Roberto Martinesin rəhbərliyi altında Portuqaliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğurlu çıxış edib. Komanda F qrupunda 6 oyunda 13 xal toplayaraq birinci yeri tutub.

Qeyd edək ki, Portuqaliya millisi ardıcıl 7-ci dəfə dünya çempionatına vəsiqə qazanıb. 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
38
1
teleqraf.com

2Mənbələr