AZ

Göygöldə kişi kimyəvi məhluldan zəhərlənib öldü

Göygöldə kimyəvi məhluldan zəhərlənən kişi ölüb.

Heftelik.az Lent.az-a istinadən  xəbər verir ki, rayon sakini Anar Məhərrəmov yaşadığı evdə kimyəvi məhluldan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

TƏBİB-dən bildirilib ki, fevralın 8-də saat 20:40-da 36 yaşlı kişi Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə sirkə turşusundan zəhərlənmə səbəbilə hospitalizasiya olunub. İlkin tibbi xidmət göstərilən pasiyent həmin gün saat 22:20-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Zəruri tibbi xidmətlər göstərilən şəxsin vəziyyəti kritik ağır qiymətləndirilib və fevralın 9-da saat 04:30-da daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həmin gün saat 13:20-də bioloji ölüm faktı qeydə alınıb.

Seçilən
35
heftelik.az

1Mənbələr