AZ

Məktəblərdə cizgi filmləri göstərilsin Kulturoloq

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Uşaqların Türkiyə türkcəsində danışmasını tez-tez tənqid edirik. Halbuki onların ana dilində baxa biləcəyi keyfiyyətli cizgi filmləri demək olar ki, yoxdur. Televiziya kanalları əsasən sovet dövründən qalma, rus dilindən dublyaj edilmiş cizgi filmlərini yayımlayır. Nəticədə uşaqlar xarici mənbələrə yönəlir və dil mühiti də buradan formalaşır. Bu vəziyyət yerli cizgi filmi istehsalının nə qədər zəruri olduğunu göstərir.Məsələ ilə bağlı kulturoloq Aydın Xan Əbilov Demokrat.az-a bildirib ki, Azərbaycan Dövlət Kino Agentliyi yarandıqdan sonra bir çox sahələrlə yanaşı uşaqlar üçün filmlər, teleseriallar, eyni zamanda cizgi filmlərinin çəkilməsi istiqamətində də müəyyən addımlar atılacağını gözləyirdik:"Təəssüf ki, bu gözləntilər hələ də gözlənti olaraq qalır. Digər sahələrdə, o cümlədən Bakı Media Mərkəzinin iştirakı ilə müəyyən yeniliklər edilib. Cizgi filmləri sahəsində ayrıca bir kinostudiya var, Azan Film adlanır. Onlar bu yaxınlarda bir neçə cizgi filmi, hətta cizgi film serialları ilə bağlı addımlar atıblar. Heydər Əliyev Fondunun dəstəyi ilə kiçik filmlər də çəkilib. Bu yaxınlarda Gəncədə həmin cizgi filmlərinin təqdimatı keçirildi və Arzu Əliyevanın iştirakı ilə təqdimat baş tutdu.Belə addımlar gələcəkdə artacaq. Klassik cizgi filmlərinin Azərbaycan dilində istehsalı və dublyajı ilə bağlı problemlər var. Bu, ilk növbədə estetik dəyərlərin dəyişməsi ilə bağlıdır. Sosial media, video paylaşım platformaları və süni intellektin inkişafı cizgi filmlərinə baxışı dəyişib. Artıq bir çox proqramlar cizgi filmlərini texniki baxımdan hazırlaya bilir. Yetər ki, ssenarilər keyfiyyətli olsun. Cizgi filmlərinin ən yeni, müasir variantı kimi bu sahəyə xüsusi diqqət ayırmaq lazımdır. Klassik cizgi filmləri əllə çəkilir, böyük yaradıcı heyətin iştirakı ilə hazırlanırdı və bu, həm çətin, həm də bahalı proses idi. İndi isə istehsal xərcləri ilə yanaşı baxış problemi də var".Kulturoloq deyib ki, kinoteatr sistemi və pullu kontentdə uşaqlar üçün cizgi filmi əldə edib göstərən valideynlərin sayı azdır:"Kreativ istehlakçı formalaşmadıqca bu bazar inkişaf edə bilməz. Nə vaxta qədər dövlət qurumları və fondlar hansısa cizgi filmini maliyyələşdirəcək. Dünyanın bir çox ölkələrində olduğu kimi, bizdə uşaqlar üçün filmlərə dəstək verən xeyriyyəçilər də yoxdur. Kinoteatrlar cizgi filmlərinə demək olar ki, yer vermir. Bu sahə üçün ayrıca konsept hazırlamaq olar. Əvvəllər məktəblərdə diafilmlər nümayiş olunurdu. Bu ənənəni cizgi filmləri ilə əvəz etmək mümkündür".Onun sözlərinə götə, orta məktəblərdə, teatr və kinoteatrlarda mini cizgi filmi festivalları keçirməklə milli filmləri nümayiş etdirmək və uşaqların estetik dünyagörüşünü formalaşdırmaq olar:"Dil məsələsi də burada xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlət dilinin estetik əsərlərdə inkişafı vacibdir. Ana dili xüsusən azyaşlı uşaqlarda şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Məktəblərdə ana dilində uşaq və cizgi filmlərinin ayrıca seans kimi nümayişini təşkil etmək lazımdır. Niyə məktəblərdə cizgi filmi gecələri olmasın. Eyni zamanda "TikTok", "YouTube"və digər platformalar üçün süni intellekt və kompüter proqramları ilə hazırlanmış cizgi filmləri, seriallar və layihələr hazırlanmalıdır. Kreativ bazar zəifdir. Mədəniyyət Nazirliyi Kino Agentliyi, Elm və Təhsil Nazirliyi və digər qurumlarla birlikdə xüsusi layihə hazırlamalıdır. Təəssüf ki, bu istiqamətdə ciddi addımlar atılmır"."Halbuki uşaqların estetik zövqünün formalaşdırılması üçün Qadın, Ailə və Uşaq Problemləri üzrə Komitə, dini qurumlar, fondlar və studiyalarla birgə cizgi filmlərinin inkişafı istiqamətində layihələr hazırlanmalıdır. Bu layihələr müstəqil studiyalar, prodakşnlar və telekanallar vasitəsilə reallaşdırılmalıdır. Əks halda uşaqlar yenə də xarici, xüsusən Türkiyə və rus dilli cizgi filmlərinə yönələcək. Bu isə onların düşüncə tərzinə təsir edəcək".Aydın Xan Əbilov deyi  ki, cizgi filmlərinin modernləşdirilməsi də vacibdir. "Köhnə nağıl motivləri əvəzinə kosmos, robot texnologiyası, elm, texnika, dronlar kimi müasir mövzulara üstünlük verilməlidir. Bu mövzular həm klassik, həm də süni intellekt vasitəsilə hazırlanan formatlarda təqdim oluna bilər. Beləliklə, yeni nəslin diqqətini kompüter oyunlarından və zərərli kontentdən yayındırmaq mümkündür. Əks halda zorakılıq motivli oyunların təsiri uşaqların psixologiyasında ciddi fəsadlar yarada bilər", - deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
demokrat.az

1Mənbələr