AZ

Vens “erməni soyqırımı” kompleksini ziyarət edib

ain.az bildirir, Reyting.az portalına istinadən.

Ermənistanda səfərdə olan ABŞ vitse-prezidenti J. D. Vens və həyat yoldaşı “erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş Tsitsernakaberd Xatirə Kompleksini ziyarət ediblər.

Reyting.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan onlarla birlikdə olmayıb.

Vitse-prezidenti Ermənistan elm, mədəniyyət və idman naziri Janna Andreasyan və ABŞ-nın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen müşayiət ediblər.

Vens “erməni soyqırımı” qurbanlarının xatirəsinə abidə önünə əklil qoyub və “qurbanların” xatirəsini bir dəqiqəlik sükutla yad edib.

ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
reyting.az

1Mənbələr