AZ

Azərbaycanda avaralara 20 manat cərimə yazılır? – Açıqlama

Sosial şəbəkələrdə yayılan iddiaya görə, bir nəfərə avaraçılıqla məşğul olduğu üçün 20 manat cərimə yazılıb. Bu məsələ müzakirələrə səbəb olub.

Qanunvericilik "avaraçılıq" anlayışını necə izah edir? İşsiz olmaq avaralıq sayılırmı? İş tapa bilməyən şəxsə cərimə tətbiq olunması doğrudurmu?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən "avaraçılıq" anlayışı konkret meyarlarla müəyyən edilir:

"Avaraçılıq daimi yaşayış yeri və daimi işi olmayan, eyni zamanda mütəmadi olaraq dilənçiliklə və ya xırda oğurluqla dolanan şəxslərə aiddir. Yəni təkcə evinin və ya işinin olmaması avaraçılıq hesab edilmir. Qanuna əsasən, bu əməllərə görə 20 manatdan 25 manatadək cərimə nəzərdə tutulub".

Hüquqşünas qeyd edib ki, əgər şəxsin hər hansı gəliri yoxdursa, cərimənin tətbiqi praktiki baxımdan da suallar doğurur:

"Belə hallarda həmin şəxsin cəriməni ödəmək imkanının olmaması nəzərə alınmalıdır. Çünki gəliri olmayan şəxsdən cərimənin tutulması faktiki olaraq mümkün olmur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
208
14
olaylar.az

10Mənbələr