AZ

İraqda neft emalı zavodunda partlayış: 1 nəfər ölüb, 13 nəfər yaralanıb

İraqın Səlahəddin əyalətindəki Baiji neft emalı zavodunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

İraqın Səlahəddin əyalətindəki Baiji neft emalı zavodunda partlayış baş verib. Partlayışdan sonra neft emalı zavodunda yanğın baş verib. İraq Neft Nazirliyi bildirib ki, Səlahəddin 2 saylı blokundakı kompressor yerli vaxtla saat 19:45-də partlayıb və ardınca yanğın baş verib. Bəyanatda deyilir: "Təəssüf ki, faciəvi ölüm hadisəsi baş verib. Bir neft emalı zavodu işçisi həyatını itirib, 13 nəfər yaralanıb. Yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıblar".

Bəyanatda əlavə edilib ki, yanğınsöndürənlərin sürətli müdaxiləsi sayəsində yanğın yerli vaxtla saat 20:00-da nəzarət altına alınıb və saat 20:15-də tamamilə söndürülüb. Bəyanatda yanğının adi təmir işləri zamanı baş verdiyi və digər bloklara yayılmasının qarşısı alındığı bildirilib.

Seçilən
47
kommersant.az

1Mənbələr