ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan nəhayət ki, superprezident idarəetmə formasından imtina edərək prezident respublikasına keçir.
Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev hökumətin genişləndirilmiş iclasındakı çıxışında deyib.
“Yeni Konstitusiya layihəsində təsbit edilmiş normalar Qazaxıstanın siyasi sisteminin inkişaf ardıcıllığını və məntiqini “Güclü prezident – nüfuzlu parlament – hesabatlı hökumət” konsepsiyasına əsaslanaraq təsbit edir. Əslində, söhbət yeni bir hökumət sisteminin yaradılmasından gedir. Təklif olunan düzəlişlər səlahiyyətlərin yenidən bölüşdürülməsinə imkan verəcək, yoxlama və tarazlıq sistemində balansı gücləndirəcək və ən əsası bütün siyasi institutların səmərəliliyini və sabitliyini artıracaq”, - Tokayev bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.