AZ

Çin maşını sürənlərə vacib XƏBƏRDARLIQ

Zəmanət müddəti bitdikdən və avtomobilə çəkilən təmir xərcləri artmağa başladıqda Çin istehsalı olan nəqliyyat vasitəsinin satılması barədə düşünmək daha məqsədəuyğun sayılır.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı avtomobil eksperti Aleksandr Kovalyov açıqlama verib. Onun sözlərinə görə, avtomobildə korroziya izlərinin yaranması, ötürmə qutusunda titrəmələrin hiss olunması, eləcə də mühərrik yağının sərfiyyatının yüksəlməsi Çin avtomobilinin satışa çıxarılması üçün əsas siqnallar hesab edilə bilər.

Mütəxəssis qeyd edib ki, bu cür əlamətlər yalnız Çin markalarına xas deyil və digər ölkə istehsalı olan avtomobillərdə də texniki "yorğunluğun" ümumi göstəriciləri kimi qiymətləndirilir.

Bununla yanaşı, Aleksandr Kovalyov müasir Çin avtomobillərinin keyfiyyət baxımından əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, avtomobildən imtina etmək üçün hamıya uyğun olan konkret və universal bir meyar mövcud deyil.

Ekspert həmçinin diqqətə çatdırıb ki, Çin istehsalı olan avtomobillər Avropa, Yaponiya və Koreya modelləri ilə müqayisədə bazarda daha az likviddir. Bunun əsas səbəbləri kimi model çeşidinin tez-tez yenilənməsi və sürücülər arasında hələ də mövcud olan stereotiplər göstərilir.

Hüseyn
Milli.Az

Seçilən
56
2
milli.az

3Mənbələr