AZ

Makron Avropanı Rusiya ilə dialoqu bərpa etməyə çağırdı

Fransa Prezidenti Emmanuel Makron bir neçə avropalı həmkarına Rusiya ilə dialoqun yenidən bərpa olunmasını təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa lideri Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib

O, bildirib ki, Avropanın coğrafi mövqeyi dəyişməz olaraq qalır və Rusiyanın mövcudluğu bu gün də, sabah da reallıqdır.

“Biz Rusiyanı bəyənək ya yox, o, bizim qonşuluğumuzdadır və heç yerə getməyəcək”, – deyə Makron vurğulayıb.

Onun sözlərinə görə, məhz buna görə də Avropada Rusiya ilə bağlı müzakirələrin yenidən sistemli şəkildə qurulması vacibdir. Makron qeyd edib ki, bu proses sadəlövhlük göstərilmədən, Ukraynaya təzyiq edilmədən, eyni zamanda üçüncü tərəflərdən asılı olmadan aparılmalıdır.

Fransa Prezidenti hesab edir ki, Avropa öz təhlükəsizliyi və gələcək sabitliyi naminə Rusiya ilə münasibətlərdə balanslı və məsuliyyətli yanaşma formalaşdırmalıdır.

Sara

Seçilən
26
nocomment.az

1Mənbələr