AZ

Makron Avropa–Rusiya dialoqunun yenidən başlanmasını təklif edib

Fransa Prezidenti Emmanuel Makron bir neçə avropalı həmkarına Rusiya ilə əlaqələrin yenidən müzakirə olunmasını təklif edib. 

Missiya.Az xəbər verir ki, o, bu barədə İsveçrənin Tagesanzeiger qəzetinə müsahibəsində bildirib.

Makron qeyd edib ki, Rusiya ilə Avropa arasında dialoqun bərpası sadəlövhlükdən uzaq, Ukraynaya təzyiq göstərilmədən və üçüncü tərəflərdən asılı olmadan qurulmalıdır:“Ruslarla Avropa müzakirəsinin yenidən başlamasını bu prinsiplər əsasında formalaşdırmağımız vacibdir”, – Fransa Prezidenti vurğulayıb.

Dövlət başçısı həmçinin diplomatik müşavirinin Rusiyaya səfər etdiyini təsdiqləyib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr