AZ

“Paşinyan referendumda dəyişiklik edib prezidentlik postunu önə çəkəcək” - Politoloq

Ermənistanda konstitusiya dəyişiklikləri gündəmdədir. Bu il ölkədə konstitusiya üzrə referendumun keçirilməsi gözlənilir.
Bəs görəsən, Nikol Paşinyanın prezident postunu tutma ehtimalı varmı?

Mövzunu Adalet.az-a şərh edən politoloq Samir Hümbətov bildirdi ki, Ermənistanda bu referendumda təkcə Qarabağ məsələsi deyil, bir sıra dəyişikliklər edəcəklər:

“Böyük ehtimalla Nikol Paşinyan ikinci beş ilini tamam etməyə yaxınlaşdığı üçün ona görə də referendumda dəyişiklik edib prezidentlik postunu önə çəkəcək. Yəni artıq baş nazir idarəetməsindən prezident idarəetməsinə keçid edə bilər. Ondan sonra o, cəmiyyətin onu dəstəklədiyinə tam əmin olandan sonra prezident postu uğrunda mübarizə apara bilər. Bu ehtimal daha çox görünür. Çünki Paşinyanın bütün addımları daha çox ona hesablanır. Düşünürəm ki, referendumda bu maddə əlavə edilərsə, buna heç də təəccüblənmək lazım deyil”. 

Vasif ƏLİHÜSEYN

Seçilən
48
adalet.az

1Mənbələr