AZ

Qurban Qurbanov ağır vəziyyətdə olan sabiq komanda yoldaşına maddi dəstək oldu

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov növbəti dəfə xeyirxah addımı ilə diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı səhhətində problem yaranan Azərbaycan milli komandasının sabiq futbolçusu, keçmiş komanda yoldaşı Kamal Quliyevə dəstək olub. Qurbanov maddi dəstəyə ehtiyacı olan həmkarına 3 min manat yardım edib. Bu barədə "Rekord.az" məlumat yayıb.

Qeyd edək ki, qaraciyərində problem yaşayan Kamal Quliyev bir müddət əvvəl futbol ictimaiyyətindən dəstək istəyib. O, bir müddət şəxsi imkanları hesabına müalicə olunsa da, daha sonra maddi çətinliklə üzləşib. Quliyev sağlamlığına qovuşması üçün futbol ailəsinin köməyinə ehtiyac duyub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
hurriyyet.az

2Mənbələr