AZ

İndoneziya yanğına meyilli bölgələrin xəritəsini hazırlayır

Bakı, 10 fevral, AZƏRTAC

İndoneziya Meşə Təsərrüfatı Nazirliyi meşə və quru yanğınlarının qarşısını almaq üçün yanğına meyilli bölgələrin xəritəsini hazırlayır.

AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, əsas diqqət Sumatra və Kalimantan adalarına yönəlib, prioritet bölgələr arasında Riau, Cambi, Cənubi Sumatra, Qərbi, Mərkəzi və Cənubi Kalimantan, həmçinin Papua var.

Hökumət sektorlararası koordinasiya aparır, patrulları artırır və əməliyyat mərkəzlərini gücləndirir. 2026-cı ilin yanvarında yanğınlara qarşı 225 əməliyyat həyata keçirilib və təxminən 600 hektar ərazi söndürülüb.

Nazirlik bildirib ki, 2025-ci ildə yanğınlara məruz qalan sahə 359 min 619 hektar olub ki, bu da əvvəlki illərlə müqayisədə azalmanı göstərir.

 

Seçilən
36
2
azertag.az

3Mənbələr