AZ

“Qarabağ” Nərimanın transferini yekunlaşdırdı – RƏSMİ

“Qarabağ” hücumçu Nəriman Axundzadənin transferi ilə bağlı açıqlama yayıb.

Msport.az xəbər verir ki, Ağdam klubu artıq MLS təmsilçisi “Kolumbus Kru” klubu ilə danışıqları yekunlaşdırıb. 21 yaşlı futbolçunun keçidi ilə bağlı tərəflər arsında razılıq əldə olunub.

Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.

Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.
Seçilən
62
msport.az

1Mənbələr