AZ

Yeni süni intellekt beyin MRT-sini saniyələrdə analiz edir

ABŞ-nin Miçiqan Universitetinin alimləri beyin MRT görüntülərini cəmi bir neçə saniyə ərzində analiz edə bilən yeni süni intellekt sistemi hazırlayıblar.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmaya görə, bu texnologiya müxtəlif nevroloji xəstəlikləri yüksək dəqiqliklə müəyyənləşdirə və təcili tibbi müdaxilə tələb edən halları dərhal aşkar edə bilir.

Tədqiqatçılar bildiriblər ki, yüz minlərlə real klinik MRT görüntüsü və xəstə tibbi tarixçələri əsasında öyrədilən model 97,5 faizə qədər dəqiqlik göstərib. Yeni sistem digər qabaqcıl süni intellekt alətləri ilə müqayisədə daha yüksək nəticələr əldə edib.

Alimlərin sözlərinə görə, bu texnologiya səhiyyə sistemlərində beyin görüntüləməsinin idarə olunmasında mühüm dəyişikliklərə yol aça bilər. Xüsusilə MRT müayinələrinə tələbatın artdığı bir dövrdə süni intellekt həkimlərin üzərindəki yükü azaltmağa kömək edə bilər.

Araşdırmanın nəticələri nüfuzlu Nature Biomedical Engineering jurnalında dərc olunub. Tədqiqatın baş müəllifi, Miçiqan Universiteti Sağlamlıq Sistemində neyrocərrah Todd Hollon bildirib ki, yeni süni intellekt modeli sürətli və dəqiq diaqnostika imkanları yaradaraq müalicə prosesini daha effektiv edə bilər.

Seçilən
22
azedu.az

1Mənbələr