AZ

Qazaxıstan Prezidenti: Yeni Konstitusiya ölkənin inkişafına güclü təkan verəcək

BAKI, 10 fevral. TELEQRAF

“Yeni Konstitusiyanın qəbul edilməsi Qazaxıstanın inkişafına güclü təkan verəcək”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin genişləndirilmiş iclasında deyib.

“Yeni Konstitusiya layihəsi vacib və mütərəqqi normaları özündə əks etdirir. Birlik, həmrəylik və etimadı qoruyaraq, təkamül yolu ilə irəliləməyimiz çox vacibdir. Bu, yeganə düzgün yoldur. Əminəm ki, yeni Konstitusiyanın qəbulu Qazaxıstanın inkişafına güclü təkan verəcək və hər bir vətəndaşın potensialının reallaşmasına kömək edəcək”, - dövlət başçısı bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı son qərar ümumxalq referendumunda veriləcək.

Tokayev əlavə edib ki, bu istiqamətdə artıq hazırlanan düzəlişləri prinsipial normalarla gücləndirmək məqsədəuyğundur.

“Ümumilikdə yeni Konstitusiya layihəsi xalqın konsolidasiyası və Qazaxıstanın dinamik inkişafının təmin edilməsinə yönəlmiş bütün əsas prinsipləri və dəyərləri əks etdirir”.

Seçilən
18
teleqraf.com

1Mənbələr