ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Şah” çay brendi tərəfindən təşkil edilən və ölkə üzrə böyük maraq doğuran “Şah” çayının zəngin dadını hiss et və avtomobil qazan!” lotereya kampaniyası uğurla başa çatıb. Kampaniya OBA marketlər şəbəkəsində keçirilib və minlərlə istehlakçıya iştirak etmək imkanı verib, həm gündəlik, həm də əsas hədiyyələrin qazanılması şansını təqdim edib.
Kampaniya çərçivəsində iştirakçılar “Şah” çayı alaraq OBA tətbiqi balansına müxtəlif bonuslar qazanıb və əsas hədiyyə çəkilişində iştirak ediblər.
Kampaniya 17 noyabr 2025-ci il tarixindən 15 yanvar 2026-cı ilədək davam edib. Bu müddət ərzində OBA marketlər şəbəkəsində hər hansı “Şah” çayını ən azı 6 AZN dəyərində alan şəxslər lotereyada iştirak hüququ qazanıblar. Yüklənmiş bütün çeklər həm gündəlik, həm də final əsas çəkilişdə iştirak edib.
Lotereya çərçivəsində iştirakçılara 1500-dən çox hədiyyə təqdim edilib:
· OBA kart balansına 10 AZN - 1200 ədəd
· OBA kart balansına 20 AZN - 300 ədəd
· OBA kart balansına 40 AZN - 60 ədəd
Kampaniyanın final çəkilişi 2 fevral 2026-cı il tarixində keçirilib və nəticədə əsas hədiyyə olan “Changan UNI-Z” avtomobilinin sahibi Afşin Səfərov olub.
Bütün qaliblərin tam siyahısını linkə daxil olaraq görə bilərsiniz.
“Şah” çayı, xüsusilə zəngin, güclü və dərin dadı ilə seçilən yarpaq və qranul çay növlərini təqdim edir və dəmləmə zamanı parlaq rəngə malikdir. Bütün qarışıqlar xüsusilə dadın tamlığı və gücü ilə yaradılıb.
“Şah” brendi istehlakçılara keyfiyyətli və zərif çay dadını təqdim etməyə davam edir. Bu kampaniya göstərdi ki, brend yalnız dadı ilə deyil, həm də xoş sürprizlər və dəyərli hədiyyələrlə yadda qalır.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.