AZ

Makron: Tramp Avropa İttifaqının dağılmasını istəyir

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına yuxarıdan aşağı baxdığına və onun dağılmasını istədiyinə inanır.

Teleqraf xəbər verir ki, bu barədə o, “Financial Times”a müsahibəsində bildirib.

Fransa lideri deyib ki, ABŞ-nin hazırkı administrasiyası açıq şəkildə anti-Avropa mövqelidir, Avropa İttifaqına qarşı hörmətsizlik edir və onun parçalanmasını istəyir.

Emmanuel Makron etiraf edib ki, Avropa İttifaqının ABŞ ilə iş aparmaq üçün seçdiyi strategiya uğursuz olub:

“Əgər bizə qarşı açıq aqressiya nümayiş etdirilirsə, mən hesab edirəm ki, baş əyməməli və ya razılaşma əldə etməyə çalışmamalıyıq. Aylarla bu strategiyaya sadiq qalmışıq. Artıq bu işləmir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
1
sherg.az

2Mənbələr