AZ

Deputat ümid edir ki, ABŞ Azərbaycana bir neçə milyardlıq investisiya qoyacaq

Deputat Qüdrət Həsənquliyev ABŞ-ın Azərbaycanda kənd təsərrüfatı sahəsinə investisiya qoyma potensialını yüksək qiymətləndirir. Bu barədə deputat fevralın 10da Milli Məclisdə çıxışı zamanı bildirib. 

O bildirib ki, 2023-cü ildən bu yana kənd təsərrüfatı istehsalında azalma müşahidə olunub və ərzaq idxalı artıb. Buna görə də, kənd təsərrüfatına xarici investisiyaların cəlb olunması zəruridir.

Həsənquliyev ABŞ-dan mütəxəssislərin cəlb olunmasının da vacib olduğunu vurğulayıb.

“Ümid edirik ki, ABŞ Azərbaycana bir neçə milyardlıq investisiya yatıracaq”, –  o əlavə edib.

Gülnar Nazimqızı 

Seçilən
10
anews.az

1Mənbələr