AZ

Mətbuat tariximizin unudulmazı Görkəmli istiqlalçı və mətbuat xadimi Ceyhun Hacıbəyli 135

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rövşən Yerfi

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi olan Ceyhun Hacıbəylinin bu il 130 yaşı tamam olur. Ölkəsinin müstəqil dövlət kimi tanıdılmasında xidmətləri olan bu böyük şəxsiyyətin yubileyini qeyd etməyi təəssüf ki, ictimaiyyət yada salmır. Onun yazıçı, jurnalist, tərcüməçi, etnoqraf, redaktor kimi vətən və millət qarşısında gördüyü işlərə görə xatırlanmağa haqqı çatır.Hər şeydən əvvəl mətbuat tariximizdə özünə iz qoyan Ceyhun Hacıbəylu 1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşada, Haşım bəy Vəzirovun müdir olduğu məktəbdə almışdır. Təhsilinin ardını Bakıda real məktəbində davam etdirmişdir. Orta təhsilini alandan sonra 1908-ci ildə xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə Peterburqda universitetin hüquq fakültəsinə qəbul olmuşdur. Daha sonra, o, Fransaya getmiş, Sorbon universitetində və Ali Poliexnik Elmlər Məktəbində təhsilini davam etdirmişdir.Ceyhun bəy yaradıcılığına Peterburqa getməmişdən əvvəl, 1905-ci ildən başlamışdır. Həmin dövrdəki məqalələri, mətbu hekayələri, felyetonları tədqiq olunmadığından, toplanmadığından parakəndə halındadır. 1907-ci ildə “Proqres” qəzetində dərc edilən “Pristav Ağa” felyetonu daha çox diqqəti cəlb edəndir.Az bir müddət Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində dərs deyir. 15 avqust 1906-cı ildə Bakıda təşkil olunan Müəllimlərin birinci qurultayının keçirilməsində fəal iştirak etmişdir. O da xüsusi qeyd edilməlidir ki, Ceyhun bəy dahi bəstəkarımız Üzeyir Hacıbəylinin qardaşı olmuşdur. Şərqdə ilk operanın yaranışı sayılan – 1908-ci il yanvarın 12-də Hacl Zeynalabdin Tağıyevin teatrında “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasında onun da əməyi olmuşdur. Belə ki, tamaşada İbn Səlam və Nofəl rollarını oynamış, onun uğurlu alınmasına bütün bacarığını əsirgəməmişdir.1909-cu ildə böyük rus yazıçısı İvan Turgenevin “Pulsuzluq” komediyasını tərcümə edərək Azərbaycan oxucuna çatdırır. 1910-cu ildə, o, “Hacı Kərim” povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Ali təhsilini bitirib Azərbaycana qayıtdıqdan sonra, Ceyhun bəy müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində çoxsaylı məqalələrlə çıxışlar etmişdir. Xalq Cümhuriyyəti qurulana qədər “Kaspi”, “Proqres”,“Baku”, “İrşad” və başqa qəzetlərlə əməkdaşlıq edərək, yüzlərlə publisistik məqalə, hekayə dərc etdirmiş, həm də həmin dövrdə "Известия" (Kaspidə), "İttihad" qəzetlərinin redaktoru olmuşdur.

Mətbuatdakı fəallığının nəticəsidir ki, Xalq Cümhuriyyəti qurulanda dövlətin əsas qəzeti, mətbu orqanı – “Azərbaycan” qəzetinin redaktorluğu ona etibar edildi. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi Elmi məlumat kitabxanasında saxlanılan “Azərbaycan “ qəzeti nüsxələrinin 7 oktyabr 1818-ci ildən 16 yanvar 1919-cu ilədək dövründəki saylarda Ceyhun bəyin aparıcı fəaliyyətini aşkar surətdə görmək mümkündür.

Seçilən
25
icma.az

1Mənbələr