AZ

“Nə deyəcəyimi bilmirəm” - Böhranın səbəbi bu imiş!

“Belə nəticəni özümüz də gözləmirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov deyib.

O, Premyer Liqanın son turunda “Sabah”a 1:4 hesablı yenilgini şərh edib:

“Məğlubiyyətlərə baxmayaraq, yaxşı komandamız var. Məşqçinin dediklərinə əməl etməyə çalışsaq da, hələ tam uyğunlaşa bilməmişik.

Sadə qollar buraxırıq. Komanda şəklində tam müdafiə oluna bilmirik. İnanıram ki, qarşıdakı matçlarda bunun öhdəsindən gələcəyik.

Həftəboyu bu oyuna hazırlaşmışdıq. Meydanda nə etməli olduğumuzu bilirdik.

Amma yeni məşqçiyə və yeni taktiki sistemə tam uyğunlaşa bilməmişik. Ona görə də bizim üçün bir az çətindir.

Ağır məğlubiyyət aldıq. Nə deyəcəyimi bilmirəm. İlk 20 dəqiqədə 3:0 hesabı bizim üçün çox ağır oldu.

Demək olar ki, oyunun taleyini həll etdilər. Sonradan toparlanmaq istəsək də, buna nail ola bilmədik”.

Seçilən
32
sportinfo.az

1Mənbələr