AZ

"Şəmkir"in futbolçusu klubsuz qaldı - Günahı rəhbərlikdə görür

İkinci Liqa təmsilçisi "Şəmkir" yarımmüdafiəçisi Fəzail Şirxanzadə ilə problem yaşayır. Qərb təmsilçisi qış fasiləsində sərfəli təkliflər alan 21 yaşlı futbolçunun gedişinə əngəl yaradıb. 

Bu barədə Fanat.Az-a ürəyini boşaldan Şirxanzadə təfərrüatı açıqlayıb: 

"İki ildir "Şəmkir"də oynayıram. Müqaviləm sonuncu dəfə 2025-ci ilin avqustunda yenilənib. Həmin gündən bu yana maaş problemləri var. Qış fasiləsində qərara gəldim ki, komandanı dəyişim. Ancaq "Şəmkir"in rəhbərliyi bildirir ki keçən ayın maaşını geri qaytarıb sonra gedə bilərəm. AFFA-ya şikayət edəcəyimi bildirdim, dedilər əlin hara çatırsa, şikayət et, bizə fərqi yoxdur. Mənə dedikləri dekabr aynın maaşıdır. O, oynadığım ayın haqqıdır, niyə geri ödəməliyəm? Zəng vasitəsi ilə bildirdilər ki, Şəmkirə gəlməsən pul verilmiyəcək! Fevral ayının 3-də Şəmkirə gəlmişəm, məni get-gələ salırlar. Şikayətimi kimə deyirəm, biri o birinə yönəldir. Zəngimə cavab vermirlər, "blok" edirlər...
"Şəmkir"də xoşbəxt olmadığım üçün qarşılıqlı razılaşmaq istəyirəm. Ancaq sənədimi imzalamırlar.  
Səhətimdə yaranan problemlərə qeyri ciddi yanaşırlar. Rəhbərliklə son telefon danışığı zamanı AFFA-ya və aidiyyatı qrumlara şikayət edəcəyimi bildirdikdən sonra mənə dedirlər ki, səni klubda hər şey ilə təmin edəciyik. İki ildir bu sözləri eşidir, yalanlarını dinləyirəm. Heç bir dəyişiklik yoxdur. Səhətimi və karyyeramı düşündüyüm üçün bu klubdan ayrılmaq isdəyirəm. İki klubdan mənə transfer təklifi ediblər, ayrılmağıma icazə vermirlər. Nəticədə komandasız qalmışam".

Qeyd edək ki, "Şəmkir" 14 turdan sonra 25 xalla 5-ci yerdə qərarlaşıb.

Mirağa 

Seçilən
29
1
fanat.az

2Mənbələr