AZ

İran və ABŞ arasında nüvə müzakirələri: "Yaxşı başlanğıc" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışığı zamanı fevralın 6-da Maskatda ABŞ ilə keçirilən nüvə danışıqlarını müsbət qiymətləndirib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Əraqçi bu görüşləri "yaxşı başlanğıc" adlandırıb. Bununla belə, nazir eyni zamanda ABŞ tərəfinin niyyətləri və məqsədləri ilə bağlı mövcud olan inamın bərpa edilməsinin və şübhələrin aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
olaylar.az

1Mənbələr