AZ

Milli Məclisin plenar iclası keçirlir

Milli Məclisin plenar iclasının gündəliyi açıqlanıb.

SİA xəbər verir ki, gündəlikdə ümumilikdə 12 məsələ yer alıb. Deputatlar kibercinayətkarlıqla mübarizə, təhsil, əmək, vergi, bank, səhiyyə, uşaq hüquqları, media, kinematoqrafiya, yol hərəkəti və digər sahələri əhatə edən qanun layihələrini müzakirə edəcəklər.

İclasda Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının təsdiqi ilə bağlı qanun layihəsinə baxılacaq. Eyni zamanda “Təhsil haqqında”, “Patent haqqında”, “Əmək Məcəlləsi”, “Vergi Məcəlləsi”, “Banklar haqqında”, “Gömrük tarifi haqqında” qanunlara dəyişikliklər müzakirə ediləcək.

Gündəliyə daxil edilən məsələlər sırasında cinayət və mülki prosessual qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin sağlamlığının qorunması, onkoloji yardım, uşaq hüquqları və gənclər siyasəti ilə bağlı qanun layihələri də yer alır.

Bundan əlavə, “Kinematoqrafiya haqqında”, “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara dəyişikliklərin birinci oxunuşda müzakirə edilməsi nəzərdə tutulur.

Qanun layihələrinin bir qismi birinci, ikinci və üçüncü oxunuşlarda baxılmaq üçün plenar iclasın gündəliyinə daxil edilib.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
54
sia.az

1Mənbələr